SOCAR-da işə qəbul necə həyata keçirilir? - QAYDALAR AÇIQLANDI

SOCAR-da işə qəbul necə həyata keçirilir? - QAYDALAR AÇIQLANDI
17:34 11 Noyabr 2015
128 Sosial
Ölkə mətbuatı
A- A+

Yeni quyu istismara verildi (13 İyun 2017 12:59)
"Neft Daşları"nda yeni quyu istismara verilib (13 İyun 2017 12:47)
"Neft Daşları"nda yeni quyu istismara verilib (13 İyun 2017 12:08)

“Hal-hazırda Dövlət Neft Şirkətində istər işə qəbulda, istər müxtəlif karyera inkişaflarında neqativ hallar demək olar ki, minimum səviyyəsindədir”

“Bəzən 1 yerə 400-500 müraciət olur”

“Vakansiya yarandıqda müsahibədən keçən kadrlar növbəlilik prinsipi əsasında birbaşa təyinat alırlar”

“Dövlət Neft Şirkəti hesabına təqaüdlə xaricdə təhsil alan kadrlar müsabiqədənkənar işlə təmin olunurlar”

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, SOCAR-ın Baş ofisi İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli deyib.

 

Asif Bəkirli İnsan Resursları Departamentinin iş prinsipi barədə məlumat verib: “Əvvəllər fəaliyyət göstərən kadrlar şöbəsinin əsas funksiyası işçilərin işə qəbulu, məzuniyyət və ezamiyyətləri planlaşdırmaq, əmək kitabçalarının hazırlanması, müqavilələrin bağlanması və s. idi. Lakin indi müəssisələr arasında rəqabət kadrlardan başlayır və müəssisələrin uğuru kadrların peşəkarlığından, səriştəsindən, keyfiyyətindən asılıdır. İnsan resursları xidmətinin yaranmasının əsas məqsədi subyektiv amillərin, neqativ halların, vəzifədən sui-istifadənin aradan qaldırılması, işçilərin işə qəbulunda, daxili yerdəyişməsində, karyera inkişafında peşəkarlıq, səriştəlilik, təhsilin ön plana çəkilməsi, kadrların arasında rəqabətin şəffaf prinsiplə idarə olunmasıdır. İnsan Resursları Departamentində bu xidmətlər daha çevik və müəyyən heyət tərəfindən kollegial şəkildə həyata keçirilir. Təəssüf ki, əvvəllər təhsili olmayan şəxslərə özlərinə aid olmayan işlərin həvalə olunması, başqa iş yerlərində nöqsanlar buraxanların, neqativ xasiyyətnaməsi olanların işlə təmin olunması baş verirdi. Bu isə qabiliyyətli, üstün keyfiyyətlərə malik şəxslərin kənarda qalmasına, layiq olmayanların onların yerini tutmasına səbəb olurdu”.

 

Qonaq SOCAR-da işə qəbul qaydalarından danışıb: “İşə qəbul müvafiq mərhələlərdən ibarətdir. Müraciət edənlər bütün müsabiqə proseduralarından keçdikdən sonra iş yerinə təyinat alırlar. Bəzən 1 yerə 400-500 müraciət olur. Müraciət edənlər ilkin test mərhələsindən keçirlər. Sənət seçimi heç bir insan faktoru olmadan, onlayn şəkildə həyata keçirilir, sonra onların müəyyən qismi test imtahanına girirlər, testdən sonra müsahibələrə cəlb olunurlar. Müsahibədən ən yaxşılar seçilir. Azərbaycan Respublikası Qanunvericiliyinin Əmək Məcəlləsinə görə, müsabiqə yolu ilə işə qəbul olunan vətəndaşlar sınaq müddəti keçmirlər. Bundan sonra Dövlət Neft Şirkətinin təlim-tədris sertifikatlaşdırma mərkəzlərində əməyin mühafizəsi və təhlükəsizliyi texnikası ilə bağlı müvafiq kurslar keçdikdən sonra işə göndərilirlər. Digər kadrlar isə bizim kadr ehtiyatı bazasını müəyyənləşdirirlər. Gələcəkdə vakansiya yarandıqda onlar artıq müsahibəyə cəlb edilmədən birbaşa növbəlilik əsasında təyinat alırlar”.

 

SOCAR rəsmisi şirkətin təqaüd proqramlarından da danışıb: “Xarici təqaüd proqramlarına əsasən, Dövlət Neft Şirkətinin ayırdığı təqaüdlə təhsil alıb geri dönən bizim mütəxəssislər, həmin o müqavilə şərtinə uyğun olaraq, müsabiqədən kənar işlə təmin olunurlar və qarşılıqlı müqaviləyə görə, Dövlət Neft Şirkətində çalışmalıdırlar. Bu kadrlar Dövlət Neft Şirkətinin vitse-prezidentləri, müvafiq idarə rəislərindən ibarət komissiya qarşısında təqdimat edirlər və harada çalışmalarına qərar verilir. Bundan əlavə, bizdə Azərbaycanın daxili ali məktəbləri arasında daxili təqaüd  proqramı həyata keçirilir. Bu tələbələr TQDK təşkil etdiyi testdən keçmiş şəxslərdir. Hər il 2000-3000 tələbə müraciət edir, müəyyən mərhələlərdən keçdikdən sonra onlar Dövlət Neft Şirkətinin daxili təqaüdçüləri olub, ən azı axırıncı semestrin təqaüdçüsü olmaq şərtilə ali məktəbi bitirdikdən sonra işlə təmin olunurlar. Bu ali məktəblərə Dövlət Neft Şirkətinə tələbat olanlar daxildir”.

 

SOCAR təmsilçisi üçüncü qrupa xüsusi istedada malik insanların daxil olduğunu deyib: “Bunlar o şəxslərdir ki, hər hansı böyük şirkətlərdə layihə həyata keçiriblər, böyük iş təcrübəsinə malikdirlər. Belə insanlar vitse-prezidentlərin təqdimatı əsasında işə cəlb olunurlar. Bunlar elə şəxslərdir ki, bu vakansiya üzrə yerləri doldurmaq imkanımız yoxdur. Şirkət rəhbəri əmindir ki, bu şəxslər Dövlət Neft Şirkətinə böyük fayda verə bilər. Bu cür işlə təminat müqavilə əsasında, müvəqqəti və ya mövsümi xarakterli də ola bilər”.

 

Asif Bəkirli SOCAR-ın adından istifadə edərək insanlara guya işə qəbul etməklə bağlı yalan vədlərin verilməsi hallarının da olduğunu deyib: “Biz dəfələrlə bəyan etmişik ki, şirkətin adından istifadə edərək, insanları işlə təmin etmək kimi yalan vədlər verilir. Biz bu kimi halların hüquq mühafizə orqanları tərəfindən həll olunmasının tərəfdarıyıq. Ona görə də bizim departamentin giriş qapısında böyük elanlar yazıb vurmuşuq. Hər hansı bir neqativ halla rastlaşdıqda, şübhəniz olduqda birbaşa hüquq mühafizə orqanlarına müraciət edin. Sadəlövh insanlar fırıldaqçıların əllərinə düşür, sonra şirkətin adı hallanır və kimi neqativ hallar şirkətin imicinə təsir edir”.

 

SOCAR rəsmisi bildirib ki, iqtisadiyyatın güclü olması üçün dövlət müəssisələri keyfiyyətli məhsuldar çalışmalı, gəlirlə işləyib dünya bazarına çıxmalıdır: “Keyfiyyətli məhsulu isə keyfiyyətli kadr ortaya çıxarda bilər. Dövlətin iş bacaran, səriştəli kadrları olsa, ona uyğun müəssisələr formalaşsa bir çox layihələri öz gücü ilə həyata keçirə bilər. Azərbaycanda milli infrastruktura malik olan Dövlət Neft Şirkəti kimi həcmli bir şirkətdə insan resurslarının idarə edilməsi o qədər də asan məsələ deyil. Bu həm riskli məsələdir, həm də proses şirkət rəhbərinin idarəçiliyindən asılıdır. Prezident də çıxışında qeyd etdi ki, bütün dünyada tamam başqa görüntü var. Hər bir məsələdə risklər hesablanmalıdır. O cümlədən ərzaq, təhlükəsizliyi, enerji təhlükəsizliyi və sair məsələlərdə. Bunların hamısında uğur əldə etmək üçün həmin sahədə peşəkar və səriştəli kadrların çalışması vacibdir. Belə olmasa, əvvəl axır problem çıxacaq. Buna görə də ən qiymətli resurs insan resursudur”.

 

Asif Bəkirli SOCAR-da iş qəbulla bağlı vakant yerlərin açıqlanması proseduruna da aydınlıq gətirib: “Vakansiyanın elan olunması birbaşa müəssisə rəhbərləri tərəfindən həyata keçirilir, SOCAR-ın saytında elan verilir. Vakant yerə daxili yerdəyişmə əsasında kadrların yerləşdirilməsi struktur rəhbərlərinin səlahiyyətindədir. Bu mümkün olmayanda daxili vakansiya elan edilir. Əgər müsahibə yolu ilə kadr tapılmırsa, ümumi vakansiya elan olunur. O zaman vətəndaşlar şirkətin saytının karyera bölməsindən işə qəbul bölməsini seçir, müraciət formasını doldurur. İşə çüraciət etmiş şəxslərə gizli nömrədən zəng olmur. Nömrələrimiz İnsan Resursları Departamentinin saytında var. İkincisi, müraciət edən şəxslərin email ünvanlarına müraciətlər göndərilir, onlar test imtahanına dəvət olunur. İmtahanın gedişinə həm nəzarətçilər nəzarət edir, həm də prosesin video çəkilişi aparılır. İmtahan İnsan Resursları Departamentində keçirilir. Sonuncu dəfə biz bu işi regionlarda təşkil etdik, 400-ə yaxın insan işə qəbul olundu. Sumqayıtda da imtahan keçirmişik, orada da insanlar görür ki hara gəlib, imtahanı kim götürür. Bu məsələ ilə bağlı istənilən vaxt bizə müraciət edə bilərlər, məqsədimiz bu prosesi şəffaf həyata keçirməkdir”.

 

Asif Bəkirli SOCAR-ın brend şirkətə çevrilmək iddiasında olduğunu deyib: “SOCAR daha böyük layihələr uğrunda mübarizə aparır, bu layihələrin birbaşa icraçısı olmaq istəyir. Brend şirkətə çevrilmək iddiamız var. Bunun üçün də müvafiq, çevik, idarəetməyə malik struktura sahib olmalısan. İşçi sayının optimallaşdırılması, iki pilləli sistemindən bir pilləli sisteminə keçid zamanı çevik struktur dəyişiklikləri qaçılmazdır. İki-üç müəssisə birləşirsə, deməli burada işçi ixtisarı da baş verir. Şirkətin hədəf seçdiyi məsələlər var, hədəfə çatana kimi bu proseslər getməlidir”.

 

Departament rəisinin sözlərinə görə, ixtisara düşmüş işçilər taleyin ümidinə buraxılmır: “Onlara təkliflər olunur, 2-3 ay verilir, müvafiq proqramlara qoşulmaq təklif edilir. Bir il ərzində şərait yaradılır ki, o özü də iş axtarsın. Müəssisəyə lazım olduqda biz ixtisara düşmüş işçilər bazasından istifadə edib belə əməkdaşlarımızı işə cəlb edirik. Dövlətimizin və vətəndaşlarımızın qarşısında söz veririk ki, ixtisarlar zamanı, müxtəlif yerdəyişmələr yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qanunvericiliyi daxilində həyata keçiriləcək, heç kimin haqqı tapdanmayacaq”. 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Pilot insanlara DƏHŞƏT yaşadır - "Qusma, baş gicəllənməsi..." – VİDEO

28 İyun 2017 04:03

"Facebook" istifadəçilərinin sayı 2 milyard nəfərə çatıb

28 İyun 2017 04:02

Putin Ermənistandakı qoşunları üzrə nümayəndə təyin etdi

28 İyun 2017 03:54

Astroloji proqnoz -

28 İyun 2017 03:41

Riz kamera qarşısında - FOTO

28 İyun 2017 03:32

ABŞ-da universitet bomba qoyulması barədə xəbər səbəbindən təxliyə edilib

28 İyun 2017 03:29

Dünyanın ən utancaq səyahətçisi - FOTO

28 İyun 2017 03:03

Polşa prezidenti: "Polkovnik Vəli bəy Yadigar II Dünya müharibəsində bizim azadlığımızı qoruyub"

28 İyun 2017 02:47

Qətər ərəb ölkələrinin tələblərini nəzərdən keçirməyə hazırdır

28 İyun 2017 02:37

"Azərbaycan Avropa ilə Asiyanı birləşdirən önəmli körpüdür" -

28 İyun 2017 02:37

Səudiyyə Ərəbistanının XİN rəhbəri: Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin Qətərə qarşı irəli sürdüyü şərtlər üzrə danışıqlar olmayacaq

28 İyun 2017 02:36

Sidneydə möhtəşəm işıq festivalı - FOTO

28 İyun 2017 02:32

Andjey Duda: "Azərbaycan Polşanın Şərq siyasəti üçün çox önəmlidir"

28 İyun 2017 02:17

Türkiyə Suriyanın şimalında geniş hərbi əməliyyatlara hazırlaşır

28 İyun 2017 02:02

Avropa çempionatında finalçılar müəyyənləşdi

28 İyun 2017 01:58

“Qarabağ” seçim edəcək

28 İyun 2017 01:49

"Facebook" istifadəçilərinin sayı 2 milyarda çatıb

28 İyun 2017 01:43

Rusiya hərbçisi Ukrayna ordusuna əsir düşüb

28 İyun 2017 01:37

Mübariz İbrahimova həsr edilmiş animasiya hazırlanıb -

28 İyun 2017 01:34

Kəşfiyyat şefinin qətlində RUSİYA İZİ

28 İyun 2017 01:33

Təbiəti yenə qorumayaq? - FOTO

28 İyun 2017 01:32

Şəki yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb (FOTO)

28 İyun 2017 01:22

Angela Merkel dönər hazırladı -

28 İyun 2017 01:15

İlham Əliyev Varşavada Qarabağdan danışdı

28 İyun 2017 01:09

Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

28 İyun 2017 00:47

Polşa prezidenti: "Azərbaycan mühüm tərəfdaşımızdır"

28 İyun 2017 00:44

Xəzərdə batan şəxs xilas edilib

28 İyun 2017 00:43

Tut yığmaq istədi, xəstəxanalıq oldu

28 İyun 2017 00:39

Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə bir dəst medal qazanıblar

28 İyun 2017 00:37

Andjey Duda: "Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir"

28 İyun 2017 00:37

Tayson Bakıya gələcək

28 İyun 2017 00:33

Çempionlar Liqasında mübarizəyə start verilib -

28 İyun 2017 00:28

Avropa kuboklarında 2017-2018 mövsümünə start verilib

28 İyun 2017 00:17

"Toyota" piyadanı vurub öldürdü

28 İyun 2017 00:09

Astroloji proqnoz - 28 iyun

28 İyun 2017 00:08

Dubayın əsl siması: o şəhər göründüyü kimi deyil - FOTO

28 İyun 2017 00:05

“Akdağ” məhv edildi

28 İyun 2017 00:05

Günün qoroskopu: əsəblərinizi cilovlayın

28 İyun 2017 00:05

Bir gecədə bağırsaq qurdlarından xilas olmaq istəyirsinizsə...

27 İyun 2017 23:57

"Cənub Qaz Dəhlizi" layihəsi Avropaya qazın çatdırılması üçün yeganə yeni mənbədir" -

27 İyun 2017 23:56

Türkiyədə terrorçular hərbi avtomobilə hücum ediblər

27 İyun 2017 23:55

Ocaqlara və pirlərə getmək nə vaxtdan günah sayılıb?

27 İyun 2017 23:52

Autizm dünyanın sonu deyil

27 İyun 2017 23:47

“Stress çarxları” həqiqətənmi, müalicəvidir? - Marketinqin yeni hiyləsi

27 İyun 2017 23:42

Bu 12 əlamət sizdə varsa, HƏKİMƏ MÜRACİƏT EDİN

27 İyun 2017 23:42

Məscidə piyada getməyin savabı nə qədərdir?

27 İyun 2017 23:42

Stalinin kokaindən istifadə etməsi təsdiqlənib - Arxivlər açıldıqca...

27 İyun 2017 23:42

Prezidentin şərəfinə ziyafət

27 İyun 2017 23:39

Samuxda qadın ağacdan yıxıldı

27 İyun 2017 23:37

Model Leyla Oruclunun ölümündə suçlanan həkim - “Bütün sənədlər prokurorluqdadır”

27 İyun 2017 23:37