BQXK təmsilçiləri Azərbaycan sərhədini pozan Ermənistan vətəndaşına baş çəkib

17:37 11 Noyabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda komitənin Yerevandakı nümayəndiliyinin proqram rəhbəri Zara Amatuni bildirib.
Məlumata görə, təmsilçilər Ermənistan vətəndaşına noyabrın 11-də baş çəkiblər.
Qeyd edək ki, noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini, 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən saxlanılıb. Nazirlik bəyan edib ki, saxlanılan Ermənistan Respublikasının vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/bqxk-temsilcileri-azerbaycan-serhedini-pozan-ermenistan-vetendasina-bas-cekib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR