Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İctimai Televiziyanın MTRŞ-yə qarşı məhkəməsi baş tutub

İctimai Televiziyanın MTRŞ-yə qarşı məhkəməsi baş tutub

Date: 11 November 2015 17:41

Bu gün Bakı Apellyasiya Məhkəməsində İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Axşam.az-ın "Report"a istinadən məlumatına görə, hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilən iclasda MTRŞ nümayəndəsi iştirak edib. İTV-nin nümayəndəsi isə məhkəməyə gəlməyib.

Hakim ötən bir ay müddətində MTRŞ ilə İTV arasında hansı danışıqlar getməsi və tərəflərin razılığa gəlib-gəlməməsi ilə maraqlanıb. MTRŞ nümayəndəsi isə İTV ilə heç bir danışıq aparılmadığını deyib:
 
"Qarşı tərəfdən danışıq aparılması üçün heç cəhd də olmayıb. Buna görə də biz tələbimizdə qalırıq".

Məhkəmə noyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün televiziya kanallarına dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb. Həmin il MTRŞ İTV-də yayımlanan "Qarabağnamə" çoxseriyalı bədii televiziya filminə 800 min manat vəsait ayırıb. Lakin televiziya filmi yarımçıq dayandırılıb. Bu il MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkətini məhkəməyə verərək həmin film üçün ayrılan vəsaitin 429 min manatının geri qaytarılması barədə tələb irəli sürüb. MTRŞ bu iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə MTRŞ-nın iddiasını təmin edib. Qərarla razılaşmayan şirkət isə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.

Tags:  İctimai Televiziyanın MTRŞ-yə qarşı məhkəməsi baş tutub

RƏYLƏR


Top news