«Facebook» sosial şəbəkəsinin istifadəsindən imtina insanları xoşbəxt edir

«Facebook» sosial şəbəkəsinin istifadəsindən imtina insanları xoşbəxt edir
17:41 11 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

«The Times» nəşri Kopenhagen Universitetinin tədqiqatına istinadən yazır ki, «Facebook» sosial şəbəkəsindən istifadədən imtina insanları xoşbəxt edir, həmçinin qəzəb və tənhalıq hissini azaldır.
 
 
Araşdırmalar göstərib ki, insanlar sayta daxilolmanı və yeniləmələri yoxlamağı dayandırdıqdan bir həftə sonra öz həyatlarından daha məmnundurlar.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, analitiklər qısa müddət ərzində əldə olunan belə dəyişiklikdən təəccüblənib. Onlar ümid edirlər ki, sosial medianın təsiri haqda məlumatlandırma insanlara həyatdan zövq almaqda kömək edəcək. Ekspertlər bildirir ki, «Facebook» və başqa bu kimi belə saytlar "redaktə edilmiş" sonsuz həyat axınıdır ki, bu da bizim reallıq haqda təsəvvürümüzü təhrif edir.
 
 
Kopenhagen Universiteti araşdırmada iştirak edən Danimarkanın 1095 sakinindən bir həftə ərzində sosial şəbəkənin istifadəsindən imtina etməyi xahiş edib. İştirakçılara sınaqdan əvvəl və sonra həyatdan məmnunluq hissini 1-10 ballıq şkala üzrə qiymətləndirmək təklif edilib. 7 gün ərzində orta göstərici 7,56-dan 8,12-dək artıb. İştirakçılar bildiriblər ki, daha çox sosial aktivlik göstərməyə başlayıblar, həmçinin özlərini əvvəlki kimi aqressiv və tənha hiss etmirlər.
 
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-39773-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR