Gənc istedadlar tamaşaçıların qəlbini fəth ediblər

Gənc istedadlar tamaşaçıların qəlbini fəth ediblər
17:53 11 Noyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında UNIMA Azərbaycan Milli Mərkəzinin dəstəyi ilə “Oyuq” teatr studiyasının yetirmələri Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə uşaq evlərinin sakinləri üçün “Yatmış gözəl” tamaşasını təqdim ediblər. Tamaşanın ideya və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu rejissoru Cəmilə Allahverdiyevadır.
AZƏRTAC xəbər verir ki, tamaşanın süjeti rəhmsiz cadugərin dünyada ən gözəl və xeyirxah şahzadə olan Ellanı öz qəşəng şahzadəsindən ayırmaq üçün onu sehrə salması üzərində qurulub. Ella qalaçada dərin yuxuda olarkən onun dostları Cırtdan, göyçək Fatma, Tıq-tıq xanım, Çəkməli pişik, Qızıl xoruz, Hindistan şahzadəsi, Maşa və Ayı birləşərək xeyirxah şahzadənin cadugərə qalib gəlməsinə kömək ediblər.
Gənc aktyorların çıxışı böyük maraqla qarşılanıb.
Sonra tanınmış ifaçıların konserti olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_istedadlar_tamasachilarin_qelbini_feth_edibler-901086

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR