3 rayonda “Azərişıq”ın ofisləri istifadəyə verilib

3 rayonda “Azərişıq”ın ofisləri istifadəyə verilib
17:54 11 Noyabr 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

Ucar, Siyəzən və Sabirabad rayonlarında “Azərişıq” ASC-nin yeni ofis binaları istifadəyə verilib.  

 

“Azərişıq”ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cari ilin sonuna kimi isə daha 18 rayonda yeni ofis binalarının açılışı gözlənilir.

Ucar, Siyəzən və Sabirabad rayonlarında “Azərişıq” ASC əməkdaşların səmərəli iş fəaliyyəti üçün yeni inzibati binalar tikilib və “Azərişıq” ASC əməkdaşları və həmin rayonlardan olan Abonentlərin istifadəsinə verilib.

Qeyd edək ki, ofis binalarında elektrik şəbəkənin əməkdaşları üçün hər cür iş şəraiti yaradılıb. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib.

Fəaliyyət otaqlarından başqa burada işçilərə asudə vaxtlarını keçirmək üçün yemək və istirahət otaqları da yaradılıb və lazımı vəsaitlərlə təchiz edilib. Yeni ofisdə səmərəli fəaliyyət üçün bütün şərait qurulub və mal-material, avtomobillərlə təchiz edilib. İnzibati binanın ətrafında abadlıq işləri aparılıb.  

Hazırda “Azərişıq” ASC tərəfindən aparılan tikinti-quruculuq işləri intensiv şəkildə davam etdirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR