Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həkimi öldürüb yandıran keçmiş polis özünü də yandırdı

Həkimi öldürüb yandıran keçmiş polis özünü də yandırdı

Date: 11 November 2015 17:56

Bakıda həkim arvadını öldürüb daha sonra yandırmaqda təqsirli bilinən keçmiş polis işçisi Samir Əliyev məhkəmə zalında özünü yandırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə təqsirləndirilən şəxsin həyat yoldaşı Zəminə Əliyeva məlumat yayıb. Onun sözlərinə görə, qapıda gözlədiyi zaman qışqırıq səsi eşidib. Vəkillər isə məhkəmə zalından çıxaraq qadına, təqsirləndirilən şəxsin özünü yandırdığını bildiriblər.

Həkim Natəvan Əliyevanın qətlində şübhəli bilinən Samir Əliyevin məhkəmə prosesi bu gün Nəsimi rayon Məhkəməsində keçirilib. Proses zamanı keçmiş həyat yoldaşının qətlində günahlandırılan Əliyevə əlavə olaraq 4 ay həbs cəzası verilib. Samir Əliyev isə buna etiraz olaraq özünü yandırıb.


Natavan Əliyeva - öldürülüb yandırılan həkim


Bu il iyul ayının 9-da Xızı rayonunun Yaşma qəsəbəsi ərazisində yanmış qadın meyidi tapılıb.

Xızı rayonunun hüquq mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yanmış meyidin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub.

Üç uşaq anası olan qadının hadisədən 3 gün əvvəl Xətai rayonunda itkin düşməsi barədə polisə ərizə daxil olduğu da məlum olub.

Hadisədən bir gün sonra isə qadını yandıraraq öldürməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Samir Səməndər oğlu Əliyev olduğu müəyyən edilərək Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Samir Əliyevin keçmiş polis işçisi olduğu bildirilirdi və o, Natəvan Əliyevanın keçmiş həyat yoldaşı olub.

Tags:  Həkimi öldürüb yandıran keçmiş polis özünü yandırdı

RƏYLƏR


Top news