Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda "Risk əsasında sərnişinlərin seçimi" mövzusunda seminar keçiriləcək

Bakıda "Risk əsasında sərnişinlərin seçimi" mövzusunda seminar keçiriləcək

Date: 11 November 2015 17:57

Bakı. 11 noyabr. REPORT.AZ/ Noyabrın 11-də Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Şahin Bağırov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) nümayəndəsi Oğuz Önal və Türkiyə Gömrük Xidmətinin əməkdaşı Sertac Yapıcı ilə görüşüb. Bu barədə "Report"a DGK-nin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə, noyabrın 12-13-də ÜGT-nin Bakı şəhərindəki Regional Tədris Mərkəzində DGK-nin  əməkdaşları üçün “Risk əsasında sərnişinlərin seçimi” mövzusunda keçiriləcək seminarda nəzərdə tutulan məsələlər müzakirə olunub.
Komitə sədrinin müavini Ş.Bağırov seminarın təşkilində göstərdikləri dəstəyə görə ÜGT və Türkiyə Gömrük Xidmətinin rəhbərliyinə minnətdarlığını bildirib. Ş.Bağırov seminarın risklərin idarə edilməsi işinin inkişafında, gömrük əməkdaşlarının bu sahədəki bilik və təcrübəsinin artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.
ÜGT-nin O.Önal bildirib ki, seminar Azərbaycan gömrük xidmətinin əməkdaşlarına bir sıra qrup tapşırıqları, təcrübi məşğələlər, konkret halların tətbiqi, ölkə təcrübələri və videoçarxlar vasitəsilə əməliyyat səviyyəsində sərnişinlər üçün risklərin idarə olunmasının həyata keçirilməsi ilə bağlı müxtəlif aspektlər üzrə bilik və bacarıqlarını gücləndirməyə imkan yaradacaq.
Qeyd edilib ki, seminar iştirakçılarına mövzu ilə bağlı Türkiyə təcrübəsi haqqında da məlumat veriləcək.

Tags:  Bakıda Risk əsasında sərnişinlərin seçimi mövzusunda seminar keçiriləcək


RƏYLƏR


Top news