Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz daxil olmuş İsveçrə vətəndaşı beynəlxalq axtarışa verilib

Date: 11 November 2015 18:08


Bakı, 11 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində İsveçrə Konfederasiyasının vətəndaşı, “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesin Ermənistanın Azərbaycan Respublikasının işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi beynəlxalq səviyyədə tanıtdırmaq və təbliğ etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək Ermənistan Silahlı Qüvvələri tərəfindən ölkəmizin işğal olunmuş ərazilərinə gəlməsi, həmin ərazilərdə qanunsuz sahibkarlıqla məşğul olması və dövlət əleyhinə yönələn açıq çağırışlar etmə əməlləri üzrə Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 192.2.2-ci (Qanunsuz sahibkarlıq) maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.
İttiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından noyabrın 11-də V.Sirmakes Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda V.Sirmakesin tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Tags:  Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz daxil olmuş İsveçrə vətəndaşı beynəlxalq axtarışa verilib


RƏYLƏR


Top news