Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Jirinovski Telman İsmayılovdan danışdı: "Qazandıqlarını aparıb türklərə verdi..."

Jirinovski Telman İsmayılovdan danışdı: "Qazandıqlarını aparıb türklərə verdi..."

Date: 11 November 2015 18:12

Rusiyanın Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski Azərbaycan əsilli keçmiş milyarder Telman İsmayılovun müflis olmasına münasibət bildirib.

Virtualaz.org gazeta.ru-ya istinadən xəbər verir ki, Jirinovski oliqarxların pullarını xaricə çıxarmasına qadağa qoyulmalı olduğunu deyib. Onun fikrincə, oliqarxların pullarını xaricə daşıması iqtisadiyyata zərər vurur.

Jirinovski misal olaraq Telman İsmayılovu göstərib və onun 1.5 milyard dollara Türkiyədə tikdirdiyi otelinin müsadirə olunaraq hərracda cəmi 128 milyon dollara satılmasını xatırladıb.

"Bu yaxınlarda xəbər yayıldı ki, Türkiyədə ölkənin ən bahalı oteli olan, "Çerkizon"un keçmiş sahibi, müflis olan Telman İsmayılovun tikdirdiyi "Mardan Palace" oteli az qala havayı satılıb. Yəni o, Moskvada qazandığı pulları Rusiyadan çıxardı, müflis oldu və özünün əsas aktivini türklərə az qala müftə verməli oldu. Faktiki olaraq biz bütün bu yüz milyonlarla dolları qonşu ölkəyə verdik", - Jirinovski bildirib.

Belə halların qarşısını almaq üçün LDPR lideri təklif edib ki, vəsaitlərin xaricə çıxarılmasına ciddi məhdudiyyət qoyulsun, ancaq konkret müqavilələrdə göstərilmiş məbləğlərin xərclənməsinə icazə verilsin.

Milli.Az


Tags:  Jirinovski Telman İsmayılovdan danışdı Qazandıqlarını aparıb türklərə verdi


RƏYLƏR


Top news