Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan ilə Sloveniyanın aparıcı turizm şirkətləri arasında görüş keçirilib

Azərbaycan ilə Sloveniyanın aparıcı turizm şirkətləri arasında görüş keçirilib

Bakıda Omsk vilayətinin şirkətləri ilə görüş keçiriləcək (14 Mart 2017 09:47)
Gənc Tamaşaçılar Teatrında yeni layihəyə start verilib (06 Mart 2017 19:42)
Sergey Lavrov və Elmar Məmmədyarov arasında görüş keçirildi (06 Mart 2017 14:23)

Tarix: 11 Noyabr 2015 18:13


Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də “JW Marriott Absheron Baku” mehmanxanasında Azərbaycan ilə Sloveniyanın aparıcı turizm şirkətləri arasında görüşü keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ikitərəfli görüş çərçivəsində Sloveniya Respublikasının turizm potensialının təqdimatı olub. Görüşdə Sloveniya Turizm Agentliyi və “B2B Luxury & Mice Workshop” turizm təşkilatı iştirak edib.
Sloveniya Respublikasının geniş turizm imkanlarının təqdim olunduğu tədbirdə turizmin müxtəlif növləri, sağlamlıq turizm mərkəzləri, termal şəhərlər və s. haqqında məlumat verilib.
Həmçinin görüşdə yerli turizm şirkətləri ilə Sloveniya otelləri, sağlamlıq mərkəzləri, spa-kurortlarının təmsilçiləri və turizm şirkətlərinin nümayəndələri arasında təkbətək görüşlər təşkil edilib. İki ölkə arasında turist mübadiləsinin həyata keçirilməsi ilə bağlı cəlbedici təkliflər irəli sürülüb.



Teqlər:  Azərbaycan Sloveniyanın aparıcı turizm şirkətləri arasında görüş keçirilib



RƏYLƏR


Top xəbərlər