Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərin nəticələri təsdiqlənib

Date: 11 November 2015 18:13


Naxçıvan, 11 noyabr, AZƏRTAC
Noyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin üzvlərinin, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşlarının iştirakı ilə keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair məsələ müzakirə olunub.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə uyğun olaraq konstitusiya icraatı qaydasında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi barədə muxtar respublikanın Ali Məhkəmənin hakimi Qabil Məmmədovun məruzəsi dinlənilib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov çıxışı və mütəxəssislərin arayışı dinlənilib.
Aparılan müzakirələrdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2015-ci il noyabrın 1-də keçirilmiş 45 seçki dairəsi üzrə seçkilərin nəticələri bütövlükdə təsdiq edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin qərarı ilə aşağıdakı linkdən tanış olmaq olar.

Tags:  Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərin nəticələri təsdiqlənib



RƏYLƏR


Top news