"Azpetrol"la qarşı fırıldaq İTTİHAMı - 71 litrlik çənə 73 litri necə yerləşdiriblər?

"Azpetrol"la qarşı fırıldaq İTTİHAMı - 71 litrlik çənə 73 litri necə yerləşdiriblər?
18:22 11 Noyabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Adının çəkilməsini istəməyən sürücü Milli.Az-a müraciət edərək "Azpetrol" şirkətinə məxsus yanacaqdoldurma məntəqələrindən birində onun istehlakçı hüquqlarının pozulduğunu bildirib: "Noyabrın 5-də, axşam saat 12-yə işləmiş "Azpetrol"un Qələbə dairəsindəki yanacaqdoldurma məntəqəsinə girdim. Çünki avtomobilin benzini bitmək üzrə idi. İstədim ki, çəni tam doldurum. Mənim avtomobilim 3-cü nəsil "Grand Santa Fe"dir və bilirəm ki, çəni 71 litr benzin tutur. Dedim ki, 70 litr benzin vurun. Əvvəlcə benzini mənim xahişimlə 1-ci sürətlə, sonra 2-ci sürətlə vurdular. Gördüm ki, 70 litr vurulub, amma çəndə dolduğu görünmür. Dedim axı bura gələndə də çəndə bir az benzin olub. Əgər 70 litr vurmusuzsa, axı çən dolmalı idi. Dedilər ki, yox, elə bu cür olmalıdır. Gördüm bu qayda ilə heç nəyi sübut edə bilməyəcəm, ona görə dedim ki, dolana kimi benzin vurun. Hələ davam edəcəkdi, amma aparat 73 litri göstərəndə saxlatdırdım. Pulu kartla ödədim, qəbzi götürdüm, oranın rəisini çağırtdırdım ki, şikayət edim. Dedilər ki, gecə vaxtıdır, heç kim yoxdur, məsələ də bizlik deyil. Aparat burada, biz burda, sən də burada. Mən də dedim ki, mənim heç bir işçini günahlandırmaq fikrim yoxdur, amma şirkət buna görə cavab verməlidir. Gördüm daha heç nə edə bilmirəm, onlara xəbərdarlıq etdim ki, ölkə rəhbərliyinə və məhkəməyə şikayət edəcəm".

Bununla bağlı Milli.Az-ın sorğusunu cavablandıran "Azpetrol ltd" MMC-nin mətbuat xidmətinin rəhbəri Camal Zeynalov bildirib ki, həqiqətən də, noyabrın 5-də göstərilən vaxtda "Grand Santa Fe" markalı avtomobilə xidmət göstərilib və avtomobilə 73 litr benzin vurulub. Lakin onun sözlərinə görə, həmin avtomobil müşətirinin iddia etdiyi kimi 73 litr yox, 75 litr benzin tutur və həmin gün onun şikayəti ilə də bağlı akt tərtib olunub və ona bu haqda məlumat verilib: "Məsələ heç də sürünün dediyi kimi deyil. O deyir ki, rəhbərliyə şikayət edə bilməyib. Amma rəhbərlik orada olub və şikayətlə bağlı akt tərtib olunub. O, əvvəlcə 70 litr benzin istəyib, çən dolmayıb. Sonra yenə də 3 litr benzin vurdurub, olub cəmi 73 litr. O, deyib ki, avtomobil 71 litr tutur, amma ona bildirilib ki, maşın 75 litr tutur. Bu məsələ yerində araşdırılıb və akt tərtib olunub, sürücüyə də bu haqda məlumat verilib".

"Azpetrol"un sözçüsü qeyd edib ki, belə hallara şirkətin YDM-lərində tez-tez rast gəlinir: "Bizim yanacaqdoldurma məntəqələrində belə hallar tez-tez olur və dərhal da araşdırılır. 98-99 faiz hallarda istehlakçı haqsız çıxır. YADM-lərdəki yanacaqdolduran cihazlarda heç bir səhv ola bilməz. Heç bir şirkət istəməz ki, müştərisini itirsin. Cihazlara möhür vurulub, onlara Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən nəzarət olunur və onlara heç kim müdaxilə edə bilməz".

Şikayətçi sürücü isə Milli.Az-a bildirib ki, həmin vaxt YDM-də rəhbərlikdən heç kim olmayıb və heç bir akt da tərtib olunmayıb: "Bu yalandır. Əgər akt tərtib olunsa idi, mənim bundan xəbərim olardı. Əgər akt tərtib olunubsa, bir surəti də müştəriyə də təqdim olunmalıdır. Əgər belə bir şey varsa, onda bəs mən niyə akta qol çəkməmişəm? Yəqin ki, indi özləri sənəddə yazıblar ki, müştəi imzalamaqdan imtina edib. Amma fakt odur ki, mənim avtomobilimin sənədində yazılıb ki, yanacaq çəninin həcmi 71 litrdir. Necə ola bilər ki, o, 75 litr tutsun? Bu məsələ təkcə "Azpetrol"un işi deyil, onlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə qarşılıqlı işləyirlər. Çünki "Azpetrol" heç vaxt bunu belə edə bilməz. Problem, əslində, Dövlət Komitəsindən qaynaqlanır".

Faktla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Fazil Talıblı isə Milli.Az-a deyib ki, dövlət komitəsinin belə məsələlərdə ittiham edilməsinin heç bir əsası yoxdur: "Həmin şəxsin məhkəməyə müraciət etməsi onun konstitusion hüququdur. Təbii ki, hər bir istehlakçı öz hüquqlarının təmin edilməsi üçün mübarizə aparmalıdır. "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanuna əsasən, ölkə ərazisində istifadə olunan cihazların, o cümlədən yanacaqdoldurma məntəqələrindəki ölçmə cihazlarının kalibrlənməsi həyata keçirilir. Qanun tələb edir ki, cihazlar yoxlamadan keçirilsin. Sahibkar da müraciət edəndən sonra YDM-lərdəki cihazlar laboratoriyada yoxlamadan keçirildikdən sonra istismara buraxılır. Bütün məntəqələrdəki cihazlarda ölçmələr eyni olmalıdır. Ölçmələrdə heç bir fərq ola bilməz. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin adının hər hansı neqativ hallarla əlaqələndirilməsi əsassızdır, düzgün deyil. Buna baxmayaraq, mən həmin şikayətçi sürücüyə tövsiyə edərdim ki, rastlaşdığı faktla bağlı bizim komitəyə müraciət etsin ki, məsələni araşdıraq".

İlkin İzzət
Milli.Az




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Trampın “tvit”ləri redaktədən keçəcək

30 May 2017 08:12

Moskvada qasırğada ölənlərin sayı 13 nəfərə çatıb - FOTO

30 May 2017 08:12

"iCloud"un təhlükəsizliyi gücləndiriləcək

30 May 2017 08:12

İran Türkmənistandan qazın qiymətini aşağı salmağı tələb edir

30 May 2017 08:07

Bu smartfon ilk dəfə tərəflər...

30 May 2017 08:05

Səfir Elxan Poluxov Braziliya Senatının radiosuna müsahibə verib

30 May 2017 08:05

Uşaqlarınıza bunları qadağan etməyin! - FOTOLAR

30 May 2017 08:03

Qanunsuz abort edən həkimlər daha ağır cəzalandırılacaq

30 May 2017 07:55

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Parisdə nümayiş olunub (FOTO)

30 May 2017 07:55

“Intel” yeni interfeysi yayacaq

30 May 2017 07:52

3 yaşınadək uşağını təkbaşına böyüdən kişiləri işdən çıxaranlar üçün cərimələr artırılır

30 May 2017 07:50

"Android"in yaradıcısı smartfon hazırlayıb

30 May 2017 07:42

3 dəfə artıq tutumlu akkumulyator hazırlandı

30 May 2017 07:37

İraqda partlayış - Ölən və yaralananlar var

30 May 2017 07:33

Toxunmuş bambukdan velosiped - FOTO

30 May 2017 07:32

Azərbaycanın qadın voleybol millisi dünya çempionatına vəsiqə uğrunda mübarizəyə başlayır

30 May 2017 07:32

Süni intellekt şagirdlərin diqqətini izləyəcək - VİDEO

30 May 2017 07:22

Alyaskada 5,7 bal gücündə zəlzələ olub

30 May 2017 07:22

"Alibaba"da biometrik ödəniş olacaq

30 May 2017 07:12

Banqladeşdə qasırğaya görə bir milyona yaxın adam təxliyyə olunur

30 May 2017 07:02

Türkiyədə qadın deputat həbs edildi

30 May 2017 06:43

Tropik bitkilərlə bəzənmiş kafe - FOTO

30 May 2017 06:32

Şimali Koreya yenidən ballistik raketi sınaqdan keçirib

30 May 2017 06:22

Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi

30 May 2017 05:59

Şimali Koreya raket sınağı keçirdiyini təsdiqlədi

30 May 2017 05:43

Karli kamera qarşısında - FOTO

30 May 2017 05:37

Azərbaycandan Rusiyaya 40 ton kartof keçirilməsinin qarşısı alınıb

30 May 2017 05:22

Qaynar su asfaltı havaya uçurdu - Kiyevdə DƏHŞƏTLİ QƏZA - FOTO/VİDEO

30 May 2017 04:53

Bağdadda partlayış: 17 ölü, 22 yaralı

30 May 2017 04:43

Kendall yubiley sayında - FOTO

30 May 2017 04:32

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

30 May 2017 04:27

Misir Liviyada terrorçuların mövqelərini bombaladı

30 May 2017 03:58

İngiltərədə pələng zoopark işçisinə hücum edib -

30 May 2017 03:35

Türkiyədə qadın deputat tutuldu

30 May 2017 03:34

Tanınmış aktrisa reklam obrazında - FOTO

30 May 2017 03:32

Moldova rusiyalı diplomatlara ölkəni tərk etmək üçün 72 saat vaxt verib

30 May 2017 03:08

9 nəvəsini VAZ-2106-da gəzdirən sürücü saxlanıldı - ASTARADA REYD

30 May 2017 03:04

Baş redaktor kürəkəni tərəfindən qətlə yetirildi

30 May 2017 03:03

Şimali Koreya uğurlu raket sınağı keçirdi

30 May 2017 02:44

Bred Pittin yeni FOTOları

30 May 2017 02:32

Azərbaycanlı səfir Braziliya Senatının radiosuna müsahibə verib

30 May 2017 02:28

Əmrah Sərdarı məhkəməyə verdi - 25 minə görə

30 May 2017 02:24

Yəməndə vəba epidemiyası: 500 ölü

30 May 2017 02:18

Bağdadda partlayış nəticəsində 4 nəfər ölüb

30 May 2017 02:17

Türkiyədə iqtidaryönlü qəzetin baş redaktoru öldürülüb

30 May 2017 02:12

Moskvada qasırğa Kremlin Senat sarayının dam örtüyünü uçurub

30 May 2017 01:57

"İŞİD-i məhv etmək üzrəyik" -

30 May 2017 01:54

Belçikada marafon zamanı açılan atəş baş nazirin "qulağını batırıb"

30 May 2017 01:47

BELƏSİ HEÇ OLMAMIŞDI - Helikopteri cinsiyyət orqanıyla dartdı - FOTO/VİDEO

30 May 2017 01:43

Elementlərit ideal müvazinətli lampa - FOTO

30 May 2017 01:32