Qar yağacaq - PROQNOZ

Qar yağacaq - PROQNOZ
18:22 11 Noyabr 2015
80 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 12-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 8-11°, gündüz 12-14° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 10-14° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi arabir güclənəcək.

Gecə 8-10° isti, gündüz 11-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/381732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR