Azərbaycanlı rəssamın əsəri yarım milyona satılacaq (FOTO)

Azərbaycanlı rəssamın əsəri yarım milyona satılacaq (FOTO)
18:26 11 Noyabr 2015
29 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun əsəri Sotheby’s həracına çıxarılacaq.

ANS PRESS-in məlumatına görə, xalq rəssamının “Aydan” adlı əsəri Londonda Sotheby’s hərracında satılacaq. Əsər yarım milyon dollara qiymətləndirilir. Hərrac dekabrın 1-də keçiriləcək. Portretdə rəssam balaca qız uşağı atın belində olduğu təsvir olunub.


“Aydan” əsəri

Tahir Salahovun qızı Aydan Salahova da tanınmış rəssamdır. Onun əsərlərinə həm xüsusi, həm də dövlət tədbirlərində, o cümlədən, Rusiya Dövlət Tretyakov Qalereyası, Moskva Müasir İncəsənət Muzeyi və digər məkanlarda rast gəlinir. “Mənə rəssam olmaq qalereya müəllifi olmaqdan daha münasibdir" deyən Salahova həmçinin onu da bildirib ki, artıq 2000-ci ildən Moskva Dövlət Rəssamlıq İnstitutunda müəllimliklə də məşğuldur.


Aydan Salahova

Bir həftə bundan əvvəl ispan rəssamı Pablo Pikassonun fırça yatağı ilə çəkilmiş “Müğənni Kabare” (La Gommeuse) Sotheby's hərracında 67,5 milyon dollara alıcı tapıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=364528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR