Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünya Poçt İttifaqı Azərbaycanın layihəsini təsdiqləyib

Dünya Poçt İttifaqı Azərbaycanın layihəsini təsdiqləyib

Date: 11 November 2015 18:33


Bakı,11 noyabr, AZƏRTAC
Azərbaycanın Dünya Poçt İttifaqının (UPU) Katibliyinə təqdim etdiyi layihə İsveçrənin Bern şəhərində UPU-nin Administrativ Şurasının payız sessiyası çərçivəsində təsdiq edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) AZƏRTAC-a verilən məlumata görə, layihənin "Azərpoçt" MMC-nin poçt şəbəkəsində tətbiqi nəzərdə tutulur.
Qeyd olunub ki, UPU-nun bütün üzv-ölkələrinin nümayəndələrinin iştirak etdiyi tədbirin ilk həftəsində bu qurumun Qəyyumlar Şurasının toplantıları keçirilib.
Qəyyumlar Şurasında dünya ölkələrinin poçt xidməti keyfiyyətinin yüksəldilməsi üzrə təqdim olunan layihələr müzakirələrdən sonra təsdiqlənir, onların icrasına nəzarət həyata keçirilir və nəticələrə görə müvafiq qiymətləndirmə işləri yerinə yetirilir.
UPU-nun Xidmət Keyfiyyəti Fondu çərçivəsində Azərbaycan poçtu üçün indiyədək 7 layihə həyata keçirilib. Bu layihələr üzrə 21 poçt yükünün daşınması üçün avtomaşınlar, yüzlərlə müxtəlif çeşidli skaner, printer və s. avadanlıq alınaraq istismara verilib. Nəticədə, “Azərpoçt” MMC-nin beynəlxalq poçt şəbəkəsinin keyfiyyətinin yüksəldilməsi üçün əhəmiyyətli irəliləyişlərə nail olunub.

Tags:  Dünya Poçt İttifaqı Azərbaycanın layihəsini təsdiqləyib


RƏYLƏR


Top news