Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ATU-nun Tədris Cərrahiyyə Klinikasında koxlear implantasiya əməliyyatı aparılıb

Date: 11 November 2015 18:33


Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında koxlear implantasiya proqramının həyata keçirilməsi davam edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 11-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında 3 və 4 yaşlı iki uşağın üzərində koxlear implantasiya əməliyyatı aparılıb. “Daxili qulağın protezləşməsi” əməliyyatlarının anadangəlmə, tam eşitmə qabiliyyəti olmayan uşaqların eşitmə qabiliyyətlərini bərpası məqsədilə aparılır.
Koxlear implantasiya eşitmə qüsurlu olan şəxslərin tam sosial adaptasiyasına yönəlmiş bir proqramdır. İmplantlar anadangəlmə və qazanılmış eşitmə qüsuru olan insanlara tətbiq edilir. Əməliyyat 3 mərhələdə - pasiyentin hərtərəfli müayinədən keçməsi, cərrahi əməliyyat və reabilitasiya mərhələlərində həyata keçirilir. Müayinə zamanı eşitmə qüsurunun səbəb və dərəcəsi, eyni zamanda implantasiyanın sonrakı səmərəlilik dərəcəsi müəyyən edilir. Koxlear implantasiya ilbizdə olan eşitmə sinirinin liflərinin elektrik impluslarla stimullaşdırılmasından ibarətdir. Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan implant yerləşdirilərək daxili qulaq protezləşdirilir. Koxlear implantasiyada qulağın xarici hissəsinə mikroprosessor (səslərin elektrik impluslara çevrilməsi üçün) və ötürücü qoşulur.
Əməliyyatdan sonra bu şəxslərdə eşitmə imkanı yaranır. Koxlear implantansiya nəticəsində tam eşitmə və danışma qüsurlu şəxslər normal həyat tərzinə qayıda bilirlər.
 

Tags:  ATU-nun Tədris Cərrahiyyə Klinikasında koxlear implantasiya əməliyyatı aparılıb


RƏYLƏR


Top news