Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

AMEA Türkiyə Elmlər Akademiyası ilə əlaqələrini genişləndirir

AMEA Türkiyə Elmlər Akademiyası ilə əlaqələrini genişləndirir

Date: 11 November 2015 18:43


Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Elmlər Akademiyası (TÜBA) arasında anlaşma memorandumu imzalanıb.
Memorandumda elmi-texnoloji əməkdaşlıq sahəsində əlaqələr qurmaq üçün birgə simpozium, konfrans və müxtəlif tədbirlər keçirmək, kadr və təcrübə mübadiləsi aparmaq nəzərdə tutulub. Eyni zamanda, tərəflər elm və texnologiya sahəsindəki inkişaf, təşkil olunan tədbirlər, müxtəlif elmi nəşr və informasiyalar barədə bir-birlərini məlumatlandıracaqlar.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə keçirilən görüşün məqsədi AMEA ilə TÜBA arasında gələcəkdə elmi əlaqələri möhkəmləndirmək, müxtəlif istiqamətlərdə elmi təcrübə mübadiləsi həyata keçirmək, birgə layihələr reallaşdırmaq olub.
Görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA-nın 70 illik yubileyində iştirakına görə TÜBA-nın prezidenti, professor Əhməd Cavad Acara təşəkkürünü bildirib, ikitərəfli əlaqələrin genişləndirilməsində memorandumun əhəmiyyətini qeyd edib.
Əhməd Cavad Acar rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açıb.
Görüşdə tərəflər müqaviləyə əsasən həyata keçiriləcək kadr mübadiləsinin hər iki ölkənin elmi sahədə inkişafına müsbət təsir göstərəcəyinə əminliklərini ifadə ediblər.



Tags:  AMEA Türkiyə Elmlər Akademiyası əlaqələrini genişləndirir


RƏYLƏR


Top news