Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə layihələr həyata keçiriləcək

Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə layihələr həyata keçiriləcək

Date: 11 November 2015 18:48


Bakı,11 noyabr, AZƏRTAC 
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktoru, akademik Viktor Matveyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti, beynəlxalq əlaqələri barədə qonağa məlumat verib.
V.Matveyev qeyd edib ki, görüşün məqsədi institutda aparılan elmi tədqiqatlar, alimlərin fəaliyyəti üçün yaradılan şəraitlə tanış olmaqdır. O, Fizika İnstitutu ilə BNTİ arasında birgə layihələrin həyata keçirilməsinin zəruriliyini qeyd edib, gələcəkdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra qonaq institutun innovasiya sektorunda müasir cihazlar, yaradılan maddi-texniki baza, alimlərin elmi fəaliyyəti və AMEA-nın 70 illik yubileyinə həsr olunan sərgi ilə tanış olub.



Tags:  Birləşmiş Nüvə Tədqiqatları İnstitutu birgə layihələr həyata keçiriləcək


RƏYLƏR


Top news