Xalq Artisti Fərhad Bədəlbəylinin Londonda daha bir uğurlu konserti

Xalq Artisti Fərhad Bədəlbəylinin Londonda daha bir uğurlu konserti
18:53 11 Noyabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


London, 11 noyabr, AZƏRTAC 
Azərbaycanın görkəmli pianoçusu, Xalq Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Londonda “Müqəddəs James” kilsəsində daha bir uğurlu konsert proqramı ilə çıxış edib.
“Cancer research” xeyriyyə təşkilatına yardım məqsədilə təşkil edilmiş konsertə dünya şöhrətli dirijor Dmitri Yablonski rəhbərlik edib. Tanınmış xanım musiqiçi Yanna Qandelman da skripkada ifa etdiyi musiqi nömrələri ilə gecəyə rəng qatıb.
Konsert, Azərbaycanda bir çox elmi araşdırmaların, “Visions of Azerbaijan” jurnalında ölkəmizlə bağlı bir sıra məqalələrin müəllifi, görkəmli tədqiqatçı Fiona Maklaklana həsr edilib.
Yerli və xarici musiqisevərlərdə böyük maraq doğuran konserti xeyli sayda tamaşaçı izləyib.
Gecədə Azərbaycan bəstəkarlarından Qara Qarayevin, Azər Rzayevin və dünya klassiklərinin əsərlərindən nümunələr səsləndirilib.
Konsert tamaşaçılarda böyük maraq doğurub.

Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalq_Artisti_Ferhad_Bedelbeylinin_Londonda_daha_bir_ugurlu_konserti-901124

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR