Mobil əlavələr istifadəçi məlumatlarını üçüncü tərəfə ötürür

Mobil əlavələr istifadəçi məlumatlarını üçüncü tərəfə ötürür
18:53 11 Noyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
“Android” və “iOS” əməliyyat sistemləri üçün mobil əlavələr böyük həcmli istifadəçi məlumatlarını üçüncü tərəfə ötürür. Massaçusets Texnoloji İnstitutu, Harvard və Karnegi universitetlərinin tədqiqatçıları "Google Play” və “Apple App Store” əlavələr mağazasında 110 əlavəni təhlil etdikdən sonra bu qənaətə gəliblər.
AZƏRTAC “SecurityLab” saytına istinadla xəbər verir ki, tədqiqatçılar fərdi məlumatların, istifadəçinin olduğu yeri haqqında informasiyanın və axtarış sorğularının ötürülməsini aşkar etmək məqsədilə əlavələrdən istifadə zamanı trafiki qeyd etməyə başlayıblar. Məlum olub ki, hər “Android” əlavə orta hesabla 3,1 kənar domenə məlumat ötürür. "iOS” əlavəsində bu göstərici 2,6 təşkil edir.
“Android” əlavələr "iPhone” üçün proqramlardan fərqli olaraq daha çox istifadəçi adı (49 faiz) və ünvan (25 faiz) kimi məlumatları ötürür. "iOS” əlavələr üçün bu göstərici müvafiq olaraq 18 və 16 faizə bərabərdir.
“Android” üçün proqramlar daha çox “Google” və “Facebook” məlumatlarını ötürür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mobil_elaveler_istifadechi_melumatlarini_uchuncu_terefe_oturur-901125

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR