Fövqəladə Hallar Nazirliyindən əhaliyə xəbərdarlıq gəldi

Fövqəladə Hallar Nazirliyindən əhaliyə xəbərdarlıq gəldi
15:58 29 Dekabr 2014
90 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə bağlı xəbərdarlıq edib.

Trend-in FHN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yeni il bayramında yanğın təhlükəsizliyi tədbirlərinə riayət edilməlidir.

Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, budaqları tavana və divarlara toxunmamalıdır. Küknar ağacını işıqlandırarkən yalnız standarta uyğun və saz vəziyyətdə olan elektrik qurğu və cihazlarından istifadə edilməlidir. Həmçinin ağacın oyuncaqları tezalışan olmamalı, pambığı isə odadavamlı məhlula hopdurulmalıdır, küknar ağacı olan otaqda atəşfəşanlıq edilməməlidir.

Eyni zamanda şənliklər ikinci mərtəbədən yuxarıda olmayan otaqda keçirilməlidir, otağın divarları, arakəsmələri, tavan və döşəməsi oda davamlı olmalıdır, məkanın iki çıxış qapısı olmalıdır, ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalıdır, otağın qapıları mütləq bayıra açılmalıdır, dəmir barmaqlıqlı pəncərəsi olan otaqda Yeni il şənliyi keçirilməməlidir, şənlikdə məkan üçün nəzərdə tutulan saydan artıq insan olmamalıdır, şənlik zamanı işıq tam söndürülməməlidir, şənliyə pambıq, tənzif, kağız və bu cür tezalışan materialdan paltar geyinilməməlidir, şənlik məkanı ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR