Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı seminar

İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı seminar

Date: 11 November 2015 18:58


Bakı, 11 noyabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə noyabrın 11-də Azərbaycan Turizm və Menecment Universitetində "İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda növbəti seminar keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilib, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirdə ali təhsil müəssisəsinin müəllim və tələbələri iştirak ediblər.

Tags:  İstehlakçı hüquqlarının müdafiəsi bağlı seminar



RƏYLƏR


Top news