Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda iki dəhşətli qətl: əmisi oğlunun boğazını kəsdi

Bakıda iki dəhşətli qətl: əmisi oğlunun boğazını kəsdi

Date: 11 November 2015 18:59

Bakının Nizami rayonunda qətl hadisəsi  baş verib.
 
Nizami Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində bu gün səhər saatlarında Qara Qarayev prospekti-55 ünvanında bıçaqlanaraq və boğazı kəsilərək qətlə yetirilən şəxsin 23 yaşlı Elnur Balaşirin oğlu Nəsirov olması müəyyən edilib.
 
25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxsin Lerik rayon sakini,  19 yaşlı Elşən Nəzir oğlu Nəsirov olması müəyyən edilib və o tutulub. Məlum olub ki, Elşən Nəsirov qətlə yetirdiyi şəxsin əmisi oğludur. Ailəyə yaxın olan adamlardan birinin dediyinə görə, mərhum Elnur ailədə 3 qardaşdan biri olub.
 
İlkin məlumata görə, Elşən Nəsirov əmisi oğlunu qısqanclıq zəminində qətlə yetirib.
 
Digər qətl hadisəsi isə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 38 yaşlı Tofiq Şəkərov aralarında yaranan münaqişə zamanı həmkəndlisi İsmayıl Əbdüləliyevə bıçaqla xəsarət yetirib. Çoxlu qan itirdiyindən, Əbdüləliyev xəstəxanaya çatdırılarkən yolda keçinib. Qətlin motivi barədə məlumat verilmir.
 
Hər iki faktla bağlı cinayət işi başlanıb. 

Tags:  Bakıda iki dəhşətli qətl əmisi oğlunun boğazını kəsdi

RƏYLƏR


Top news