Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

AMB uçot dərəcəsini sabit saxlayıb (13 Mart 2017 18:07)
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşdı (11 Mart 2017 15:03)
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşıb (11 Mart 2017 14:12)

Tarix: 11 Noyabr 2015 19:08


Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2015-ci il 6 noyabr tarixli iclasının protokolu təsdiq edilib. Sonra 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılıb və Komissiya nəzdindəki ekspert qrupunun üzvü tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada ətraflı araşdırılmış müraciətlə bağlı müvafiq qərar qəbul olunub.
Müraciətlə əlaqədar aparılan müzakirələrdən sonra 63 saylı Sabirabad birinci seçki dairəsinin 13 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasına qərar verilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

Teqlər:  Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib



RƏYLƏR


Top xəbərlər