Ötən gün cinayət törətdiyinə görə 35 nəfər tutulub

Ötən gün cinayət törətdiyinə görə 35 nəfər tutulub
19:08 11 Noyabr 2015
78 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 77 cinayət faktından 25-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 8 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 35 nəfər tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_gun_cinayet_toretdiyine_gore_35_nefer_tutulub-901135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR