Dünyanın ən böyük, ən dəbdəbəli yeraltı sığınacağı - VİDEO - FOTO

Dünyanın ən böyük, ən dəbdəbəli yeraltı sığınacağı - VİDEO - FOTO
19:17 11 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Çexiyada "milyarder sığınacağı" adlandırılan bunker var.
Praqa yaxınlığındakı bu bunkerin sahəsi 3 min kvadrat metrdən çoxdur.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Oppidum" adlı yeraltı sığınacaq dünyanın ən böyük bunkeri sayılır. Yer üstündə bir neçə binadan, yerin altında isə onlarla məkandan ibarət bunkerdə yeraltı bağ, hovuz, kinozal, idman zalı, spa-mərkəz, oyun otağı, bar, dərs otaqları, yer üstündə isə helikopter meydançası da var.

"Oppidum"dakı yeraltı məkanlar çox dəbdəbəli interyer dizaynına malikdir. 
Atom bombardmanı, təbii və texnogen fəlakətlər zamanı bu bunkerə yığılan şəxslər 10 il muxtar şəkildə yaşaya bilərlər.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/381528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR