Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir: Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsil yüksək səviyyədədir

Nazir: Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsil yüksək səviyyədədir

Date: 11 November 2015 19:18

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsil aparıcı ali məktəbdəki səviyyədən aşağı deyil, kifayət qədər yüksək səviyyədədir. Trend-in məlumatına görə, bunu Rusiyanın səhiyyə naziri Veronika Skvortsova “Moskva-Bakı” informasiya portalına deyib.

Nazir xatırladıb ki, sentyabrda Bakıda Seçenov adına Rusiya Tibb Universitetinin filialı açıldı: “Təkcə Bakıdan deyil, həm də Azərbaycanın regionlarından olan ilk yüz gənc artıq təhsilə başlayıb. Tədris Rusiyada təhsil alanların hamısı üçün baza sayılan proqramlar üzrə rus dilində aparılır. Filial gözəl inkişaf edir, tələbələr çox yaxşı oxuyurlar”.

V.Skvortsova qeyd edib ki, əldə edilmiş razılığa əsasən, imtahan sessiyası zamanı şəxsən özü Bakıya gələcək: “Tələbələrin əldə edəcəyi biliklərin səviyyəsini qiymətləndirmək mənim üçün çox maraqlıdır. Filial açılarkən bütün siniflərə, o cümlədən kompüter, laboratoriya, təlim siniflərinə baxdım. Hər şey bir nömrəli aparıcı ali məktəbdəki səviyyədən aşağı deyil, kifayət qədər yüksək səviyyədədir”.

O, əlavə edib ki, Azərbaycan və Rusiya arasında səhiyyə sahəsində birgə layihələr üzrə qarşılıqlı aktiv fəaliyyət inkişaf edir: “Bu, təkcə dərmanlarla, tibbi məmulatlarla təminat sahəsində deyil, həm də kadr siyasəti, tibb təhsili sahəsində münasibətlərin qurulmasıdır. Bura yüksək texnoloji tibbi yardımın göstərilməsi də aiddir, çünki mərkəzlərimizin səviyyəsi hazırda çox yüksəkdir. Sadəcə dünya səviyyəsi deyil, həm də praktik unikal yardım növləri var. Həmin növlər üzrə müxtəlif ölkələrdən bizə müraciətlər daxil olur, bunu dəyərləndiririk və bu sahədə əməkdaşlığa ümid edirik”.

Nazirin sözlərinə görə, Rusiya-Azərbaycan əməkdaşlığı çərçivəsində “dəyirmi masa”lar təşkil ediləcək və ya talassemiya problemi üzrə hər hansı təbdir keçiriləcək: “Ölkələr arasında işgüzar əlaqələr istiqamətlərin geniş spektri üzrə yüksək səviyyədədir. Talassemiyaya gəlincə, azərbaycanlı həmkarlarımız bu istiqamət üzrə işə tələbatın olduğunu bildirsələr, dərhal buna reaksiya verməyə hazırıq. Rusiyada hematologiya spektrli nadir xəstəliklər, irsi xəstəliklərlə məşğul olan əla mütəxəssislər var. Birlikdə bu layihəyə qoşulmaq və həyata keçirmək imkanı mövcuddur”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Nazir Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsil yüksək səviyyədədir

RƏYLƏR


Top news