Noyabrın əvvəlindən “Azəriqaz” təbii qaz çəkilişi ilə bağlı bəzi ödənişləri ləğv edib

Noyabrın əvvəlindən “Azəriqaz” təbii qaz çəkilişi ilə bağlı bəzi ödənişləri ləğv edib
19:23 11 Noyabr 2015
111 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Bu il noyabrın əvvəlindən başlayaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən fərdi yaşayış evlərinin (mənzillərin) və qeyri yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılmasında layihə-smeta sənədlərinin hazırlanması məqsədilə verilən texniki şərtlərdə qoyulan mövcud şəbəkənin gücləndirilməsi tələbi və həmin işlərin icrası üçün nəzərdə tutulan müvafiq ödənişlər ləğv olunub.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, son zamanlar abonentlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə birlik tərəfindən bir sıra yeniliklər həyata keçirilir. Davamlı şəkildə həyata keçirilən yeniliklər sırasına daha biri əlavə olunub. Belə ki, bu il noyabrın əvvəlindən başlayaraq fərdi yaşayış evlərinin (mənzillərin) və qeyri yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılmasında layihə-smeta sənədlərinin hazırlanması məqsədilə verilən texniki şərtlərdə qoyulan mövcud şəbəkənin gücləndirilməsi tələbi və həmin işlərin icrası üçün nəzərdə tutulan müvafiq ödənişlər ləğv edilib. Eyni zamanda 2016-cı il yanvarın 1-dən başlayaraq texniki şərtlərin verilməsi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. Bu məqsədlə hazırda birliyin müvafiq şöbələri ilə “ASAN xidmət” tərəfindən lazımi işlərin görülməsinə başlanılıb. Texniki şərtin hazırlanması və “ASAN xidmət” mərkəzləri tərəfindən verilməsi qaydaları barədə vətəndaşlara əlavə məlumat veriləcək.
Qeyd edək ki, yeni qaydalara əsasən fərdi yaşayış evlərinin (mənzillərinin) qaz qurğularının ümumi saatlıq qaz sərfi 10 kubmetrə qədər olduqda texniki şərtlərin verilməsi nəzərdə tutulmur.
Həmçinin, “Azəriqaz” vətəndaşların düzgün məlumatlandırılması məqsədilə bildirir ki, Dövlət proqramında qazlaşdırılması nəzərdə tutulmayan yaşayış ərazilərinin və fərdi yaşayış evlərinin qazlaşdırılması üçün layihə sənədlərinin hazırlanması, tikinti-quraşdırma işlərinin icrası vətəndaşların öz vəsaiti hesabına xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatları tərəfindən həyata keçirilir. “Qaz təchizatında təhlükəsizlik Qaydaları”nın, “Qazdan istifadə Qaydaları”nın, Tikinti Norma və Qaydalarının tələblərinə uyğun olaraq vətəndaşların öz vəsaiti hesabına aparılmış qazlaşdırılma işlərinin texniki-icra və layihə sənədləri tikinti təşkilatları tərəfindən “Аzəriqаz” İB-yə təqdim оlunduqdan, müvаfiq qаydаlаrа uyğun оlаrаq qаzın аlğı-sаtqı müqаviləsi bаğlаndıqdаn sоnrа yaşayış sahələrinə təbii qаzın verilməsi təmin edilir.
Fərdi yaşayış evlərində quraşdırılan “G-4” tipli qaz sayğacları “Azəriqaz” İB tərəfindən ödənişsiz təmin olunur.
Abonentlərin keyfiyyətli, təhlükəsiz və fasiləsiz təbii qazla təmin olunması, eləcə də abonentlərin məmnuniyyətinin qazanılması məqsədilə birlik tərəfindən bundan sonra da yeniliklər həyata keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Noyabrin_evvelinden_Azeriqaz_tebii_qaz_chekilisi_ile_bagli_bezi_odenisleri_legv_edib-901145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR