Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Trabzonspor" klubu baş məşqçisi ilə yollarını ayırıb

"Trabzonspor" klubu baş məşqçisi ilə yollarını ayırıb

Date: 11 November 2015 19:27

Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" futbol komandasının baş məşqçisi Şota Arveladze istefaya göndərilib. "Report"un məlumatına görə, tərəflər qarşılıqlı anlaşma əsasında yollarını ayırıblar. 
Gürcüstanlı mütəxəssisə müqavilənin pozulması qarşılığında 200 min avro təzminat ödəniləcək. 5-6 dekabrda keçiriləcək konqresədək komandaya Sadi Tekelioğlu rəhbərlik edəcək. 
Qeyd edək ki, Şota Arveladze mövsümün əvvəllərində "Trabzonspor"a baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda Türkiyə Super Liqasında 11 oyundan 4 qələbə, 2 heç-heçə və 5 məğlubiyyətlə 12-ci pillədə qərarlaşıb. Avropa Liqasında isə klub III təsnifat mərhələsində Makedoniyanın "Rabotniçki" klubuna yenilərək (0:1, 1:1) mübarizəni dayandırıb. 

Tags:  Trabzonspor klubu baş məşqçisi yollarını ayırıb

RƏYLƏR


Top news