Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Lənkəranlı idmançılar Rusiyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər

Lənkəranlı idmançılar Rusiyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər

"Bakıdakı Dünya Kubokunda yaradılmış şərait idealdır" (17 Mart 2017 19:57)
Gənclər və İdman Nazirliyində cüdo və taekvondo yığmaları ilə görüş keçirilib (14 Mart 2017 15:27)
Azərbaycan akrobatları Ukraynadan medallarla qayıdıblar (28 Fevral 2017 12:12)

Tarix: 11 Noyabr 2015 19:28


Lənkəran, 11 noyabr, Bağır Əliyev, AZƏRTAC
“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialının taekvondoçuları Rusiya Federasiyasının Tolyatti şəhərində oğlanlar və qızlar arasında “Məğlubedilməz güc” devizi ilə keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialının komandası beynəlxalq turnirə yeniyetmə və gənclərdən ibarət hər yaş qrupunda 5 idmançı ilə qatılıb. Komandanın tərkibinə müxtəlif ölkə miqyaslı yarışlarda dəfələrlə fərqlənmiş idmançılar cəlb olunublar.
Üç yaş qrupunda beş gün davam edən və 600-dən çox idmançının qatıdığı turnirdə lənkəranlı idmançılar yeniyetmə və gənclər arasında bir qızıl və bir gümüş medal qazanıblar.

Teqlər:  Lənkəranlı idmançılar Rusiyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər



RƏYLƏR


Top xəbərlər