İlk milli Konstitusiya müstəqillik və dövlətçilik tariximizdə yeni səhifə açıb

İlk milli Konstitusiya müstəqillik və dövlətçilik tariximizdə yeni səhifə açıb
19:33 11 Noyabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Qax, 11 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
İlk milli Konstitusiyanın qəbulundan ötən 20 il ərzində Azərbaycanda insan hüquq və azadlıqları tam bərqərar olub, ölkəmizdə bəşəri və milli dəyərlər qorunub saxlanılaraq inkişaf etdirilib, demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu öz inkişafının ən yüksək dövrünə çatıb. Bu gün dinindən, dilindən, irqindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bir ailə kimi hüquq bərabərliyi şəraitində yaşayır, respublikamızın mədəni, siyasi və iqtisadi inkişafını təmin edirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Konstitusiya Günü münasibətilə noyabrın 11-də Qax şəhərində, Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilən elmi-praktiki konfransda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Konfransda çıxış edənlər 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan ilk milli Konstitusiyanın milli dövlətçiliyimizin formalaşması və inkişafında böyük əhəmiyyəti olduğunu bildirib, müstəqil Azərbaycanın demokratik dəyərlərə əsaslanan Əsas Qanununun qəbul olunmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayıblar.
Bildirilib ki, ilk milli Konstitusiya müstəqillik və dövlətçilik tariximizdə yeni səhifə açıb. Müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılması məhz Ulu Öndərin müəllifi olduğu Əsas Qanunun prinsipial müddəaları əsasında həyata keçirilir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ilk_milli_Konstitusiya_musteqillik_ve_dovletchilik_tariximizde_yeni_sehife_achib-901153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR