Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fərhad Bədəlbəyli Londonda konsert verdi - fotolar

Fərhad Bədəlbəyli Londonda konsert verdi - fotolar

Date: 11 November 2015 19:36

Azərbaycanın görkəmli pianoçusu, xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Londonda “Müqəddəs James” kilsəsində daha bir uğurlu konsert proqramı ilə çıxış edib.
 
Axşam.az Azərtac-a istinadən xəbə verir ki, “Cancer research” xeyriyyə təşkilatına yardım məqsədilə təşkil edilmiş konsertə dünya şöhrətli dirijor Dmitri Yablonski rəhbərlik edib.

Tanınmış xanım musiqiçi Yanna Qandelman da skripkada ifa etdiyi musiqi nömrələri ilə gecəyə rəng qatıb. Konsert, Azərbaycanda bir çox elmi araşdırmaların, “Visions of Azerbaijan” jurnalında ölkəmizlə bağlı bir sıra məqalələrin müəllifi, görkəmli tədqiqatçı Fiona Maklaklana həsr edilib.

Yerli və xarici musiqisevərlərdə böyük maraq doğuran konserti xeyli sayda tamaşaçı izləyib.

Gecədə Azərbaycan bəstəkarlarından Qara Qarayevin, Azər Rzayevin və dünya klassiklərinin əsərlərindən nümunələr səsləndirilib. Konsert tamaşaçılarda böyük maraq doğurub.




Tags:  Fərhad Bədəlbəyli Londonda konsert verdi fotolar

RƏYLƏR


Top news