Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İndi idmanda təhlükəli dövrdür"

"İndi idmanda təhlükəli dövrdür"

Date: 11 November 2015 19:42

Arsen Venqer futbolda dopinqdən istifadənin son zamanlar artmasına münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis bunları deyib:

"Həyatda vacib saydığım dəyərlərə sadiq qalıb onları başqalarına ötürməyə çalışıram. 30 illik məşqçilik karyeram ərzində futbolçulardan heç biri effektivliyi artırmaq üçün köməkçi vasitələrdən istifadə etməyib. Onların oyununa təsir göstərəcək heç nə məsləhət görməmişəm. Bütün məsələ peşəkar qürurdadır. Amma buna riayət etməyən komandalara qarşı oynamışam. İndi idmanda təhlükəli dövrdür. Vasitədən asılı olmayaraq qaliblər məşhurlaşdırılır. Amma 10 ildən sonra əsl qalibin kim olduğu bizə aydın olur. İkinci yeri tutan isə bu müddətdə əzab çəkir".

Milli.Az


Tags:  İndi idmanda təhlükəli dövrdür

RƏYLƏR


Top news