Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Bakcell” LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirir

“Bakcell” LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirir

Date: 11 November 2015 19:48


Bakı, 11 noyabr, AZƏRTAC
“Bakcell” şirkəti LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Bakcell” Azərbaycana səfər edən qonaqlara 4G LTE rouminq xidmətlərini təklif edən ilk və yeganə ölkə mobil operatorudur. Eyni zamanda, “Bakcell” şirkəti ölkədə yeganə mobil operatordur ki, 4G LTE xidmətindən istifadə edən abunəçilərinə başqa ölkədə səfərdə olarkən yüksək sürətli genişzolaqlı mobil rabitə xidmətindən faydalanmaq imkanı yaradır.
Bu ilin mayında 4G xidmətinin istifadəyə verilməsindən qısa müddət sonra “Bakcell” dünyanın 14 ölkəsində LTE rouminq xidmətini təqdim etməyə başladı. “Bakcell” şirkətinin ölkə xaricində rouminq xidmətlərini göstərən tərəfdaşlarının sayı son 6 ay ərzində iki dəfə artıb. İndi şirkətin abunəçiləri dünyanın 20 ölkəsində 27 rouminq tərəfdaşın dəstəyi ilə öz smartfon və planşetlərini 4G LTE şəbəkələrinə qoşmaqla rouminq xidmətindən dəyərlənə bilirlər.

Tags:  Bakcell LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirir



RƏYLƏR


Top news