Tələbələr “Gilan Tekstil” Parkında istehsalat təcrübələri keçəcəklər

Tələbələr “Gilan Tekstil” Parkında istehsalat təcrübələri keçəcəklər
20:08 11 Noyabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC 
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) texnologiya və dizayn fakültəsinin çoxişlənən malların texnologiyası mühəndisliyi ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri Sumqayıt şəhərindəki “Gilan Tekstil” Parkında olublar.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, tələbələr müəssisədəki sap istehsalı, toxuculuq, boyaq-bəzək və tikiş istehsalatlarında quraşdırılan Almaniya və Belçika istehsalı olan ən müasir texnologiyalara malik texnoloji proseslərlə tanış olublar. Tələbələrə bildirilib ki, müəssisədə çalışan mühəndis-texniki işçilərin əksəriyyəti ADİU-nun texnologiya və dizayn fakültəsinin məzunlarıdır.
Fakültənin tekstil mühəndisliyi üzrə məzunlarına ehtiyacları olduğunu bildirən müəssisənin rəhbərliyi gələcəkdə kadr ehtiyaclarını ADİU-nun məzunları hesabına ödəyəcəklərini söyləyib. Tələbələrin “Gilan Tekstil”də istehsalat təcrübələri keçmələri üçün universitetlə müqavilə bağlanılacağı diqqətə çatdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Telebeler_Gilan_Tekstil_Parkinda_istehsalat_tecrubeleri_kechecekler-901172

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR