Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həkimi öldürüb yandıran eks-polis məhkəmədə özünə od vurdu

Həkimi öldürüb yandıran eks-polis məhkəmədə özünə od vurdu

Date: 11 November 2015 20:12

Bakıda keçmiş həkim arvadını öldürüb daha sonra yandırmaqda təqsirli bilinən sabiq polis işçisi Samir Əliyev məhkəmə zalında özünü yandırıb.

Milli.Az anspress-ə istinadən xəbərinə görə, bu barədə təqsirləndirilən şəxsin həyat yoldaşı Zəminə Əliyeva məlumat yayıb. Onun sözlərinə görə, qapıda gözlədiyi zaman qışqırıq səsi eşidib. Vəkillər isə məhkəmə zalından çıxaraq qadına təqsirləndirilən şəxsin özünü yandırdığını bildiriblər.

Həkim Natəvan Əliyevanın qətlində şübhəli bilinən Samir Əliyevin məhkəmə prosesi bu gün Nəsimi rayon Məhkəməsində keçirilib. Proses zamanı keçmiş həyat yoldaşının qətlində günahlandırılan Əliyevə əlavə olaraq 4 ay həbs cəzası verilib. Samir Əliyev isə buna etiraz olaraq özünü yandırıb.

Xatırladaq ki, bu il iyul ayının 9-da Xızı rayonunun Yaşma qəsəbəsi ərazisində yanmış qadın meyiti tapılıb.

Xızı rayonunun hüquq mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yanmış meyitin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub.

Hadisədən bir gün sonra isə qadını yandıraraq öldürməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Samir Səməndər oğlu Əliyev olduğu müəyyən edilərək Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Samir Əliyevin keçmiş polis işçisi olduğu bildirilir və o, Natəvan Əliyevanın keçmiş həyat yoldaşı olub.

Milli.Az


Tags:  Həkimi öldürüb yandıran eks-polis məhkəmədə özünə od vurdu

RƏYLƏR


Top news