Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 Noyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 Noyabr
20:14 11 Noyabr 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ
 
ABŞ İrana qarşı sanksiyaların müddətini daha bir il uzada biləcəyini bəyan edir. Prezident Obamanın bu bəyanatı “G-20” sammiti ərəfəsində verməsi maraq doğurur. Belə görünür ki, ABŞ Yaxın Şərq siyasətinə korrektələr etməyə tələsmir, yaxud bunu etməyə mane olan məqamlar kifayət qədərdir. İran məsələsi həmişə ABŞ daxili və xarici siyasətinin önəmli məsələsi olub. Bu məsələdən prezident seçkilərində də respublikaçılar və demokratların bir-birinə qarşı istifadə edəcəyi şəksizdir. Hələlik ABŞ-da İranla yaxınlaşma siyasətinə qarşı çıxanların xüsusi çəkisi daha ağırdır, Obamanın bəyanatının bir səbəbi də bu ola bilər. Digər tərəfdən Barak Obamanın bu bəyanatının İranda iğtişaşların başladığı dövrə təsadüf etməsi gözdən qaçmamalıdır. ABŞ-la yaxınlaşma İran cəmiyyətində pozitiv qarşılanmışdı, Obamanın bu bəyanatı iğtişaşların daha da qızışmasına səbəb ola bilər. Özəlliklə bu bəyanat razılaşmaya qarşı olan iranlı mühafizəkarların çörəyinə yağ sürtmüş olur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221242

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR