Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Budapeştdə tarzən Malik Mansurovun iştirakı ilə konsert təşkil olunub

Budapeştdə tarzən Malik Mansurovun iştirakı ilə konsert təşkil olunub

Date: 11 November 2015 20:22

Bakı. 11 noyabr. REPORT.AZ/ Budapeştin Bela Bartok İncəsənət Sarayında Azərbaycanın məşhur tarzəni Malik Mansurov, Macarıstanın Mişkolts Simfonik Orkestri və Djabe caz qrupunun iştirakı ilə böyük konsert proqramı təşkil olunub. Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, konsertdə M.Mansurov Azərbaycanın xalq mahnılarını böyük ustalıqla səsləndirib, Macarıstanın məşhur musiqiçiləri və Mişkolts Simfonik Orkestrinin 50 nəfərlik heyəti ilə birgə klassik musiqiləri tarda ifa edib.
Caz və kalssik musiqinin sintezi, Azərbaycan xalq mahnıları, Afrika musiqisi elementlərinin təqdim edildiyi konsertdə ümumilikdə 300-dən çox qonaq iştirak edib.

Tags:  Budapeştdə tarzən Malik Mansurovun iştirakı konsert təşkil olunub

RƏYLƏR


Top news