“Qafqaz Albaniyasını öyrənirik”

“Qafqaz Albaniyasını öyrənirik”
20:23 11 Noyabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində tələbələrin regionlara səfərlərinin yekunu ilə bağlı “dəyirmi masa” təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə reallaşan ekskursiyalarda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri, yerli və Türkiyə, Polşa, İtaliya, Ukrayna, Pakistan və Qazaxıstandan olan tələbələr iştirak ediblər.
Fonddan AZƏRTAC-a bildiriblər ki, “dəyirmi masa”da alimlər Qafqaz Albaniyasının tarixi ilə bağlı rayonlarda olan abidələr, son qazıntılar nəticəsində aşkarlanan tapıntılar barədə ətraflı məlumat veriblər.
Layihədə iştirak edən tələbələrə Bilik Fondunun təşəkkürnamələri və “Qafqaz Albaniyasına səyahət” sənədli filminin diskləri təqdim olunub.
Sonda tələbələrin Azərbaycan tarixinin antik və erkən orta əsrlər dövründə mövcud olmuş Qafqaz Albaniyası ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qafqaz_Albaniyasini_oyrenirik-901178

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR