Mahaçqalada Əziz Əliyevə abidə ucaldılacaq

Mahaçqalada Əziz Əliyevə abidə ucaldılacaq
20:27 11 Noyabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət xadimi və siyasi xadim Əziz Əliyevin xatirəsinə abidə ucaldılacaq. Bu barədə Milli.Az AZƏRTAC-a istinadən məlumat verir.

Mahaçqala şəhər administrasiyasından bildirilib ki, abidənin ətrafında, həmçinin bağ salınacaq. Gələcək bağın müfəssəl memarlıq planı artıq hazırlanıb. Abidənin qoyulması və bağın adablaşdırılması üzrə bütün işlər gələn ilin yazında başa çatacaq.

Görkəmli dövlət xadimi və siyasi xadim Ə.Əliyev müxtəlif illərdə Azərbaycanın xalq səhiyyə komissarı, Azərbaycan Ali Sovetinin sədri, ÜK(b)P Dağıstan vilayət komitəsinin birinci katibi olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/381754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR