Qadınlar olduqları kimi - FOTO

Qadınlar olduqları kimi - FOTO
20:42 11 Noyabr 2015
208 Maraqlı
Ölkə mətbuatı
A- A+

İnstaqram-da xanımların selfilərini və fotolarını paylaşmaları adi, rutin haldır. Zərif cins mənsubları bu fotolarda mümkün qədər şıq, gözəl və cazibədar görünməyə çalışırlar.

Lakin olduqları kimi görünməkdən çəkinməyən xanımlar da var.

Milli.Az MTV News-a istinadən bildirir ki, "The Naked Diaries" adlı profildə xanmılar heç bir manipulyasiyaya məruz qalmamış, vizajsız və makiyajsız, real fotolarını paylaşırlar.

Profilin yaradıcısı 18 yaşlı Teylor Qiavasisdir.

"Səhifəni yaratmağıma səbəb rəfiqəm oldu. O, "mən gözəl deyiləm, fotolarımı paylaşmaqdan utanıram" deyirdi. Halbuki, heç bir xanımı kifir saymaq olmaz. Ona görə də qadınların real fotolarını paylaşacaqları, olduğu kimi göründükləri şəkillərdən çəkinməyəcəkləri bir profil yaratmaq qərarına gəldim", - Qivasis deyib.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/381537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR