Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Azərbaycan dövlətçilik tarixində konstitusiyanın rolu”  mövzusunda konfrans keçirilib

“Azərbaycan dövlətçilik tarixində konstitusiyanın rolu”  mövzusunda konfrans keçirilib

Date: 11 November 2015 20:48


Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Tələbələr Birliyi (ATB) Konstitusiyanın 20 illik yubileyi münasibətilə noyabrın 11-də “Azərbaycan dövlətçilik tarixində Konstitusiyanın rolu” mövzusunda konfrans təşkil edib.
ATB-dən AZƏRTAC-a bildiriblər ki, hüquqşünas tələbələrin, gənc elmi işçilərin və QHT-lərin nümayəndələrinin iştirakı ilə keçirilən konfransda Azərbaycan dövlətçiliyi tarixində mövcud olan konstitusiyalardan bəhs olunub. Həmçinin müstəqil Azərbaycanın Əsas Qanununda insan hüquq və azadlıqlarına geniş yer verilməsinin əhəmiyyəti vurğulanıb, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğunda Konstitusiyanın rolu qeyd edilib.
ATB-nin sədri Elvin Aslanov Konstitusiyanın öyrənilməsi ilə bağlı gənclər arasında fəal iş aparılmasının əhəmiyyətini diqqətə çatdırıb. Sonda Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tags:  Azərbaycan dövlətçilik tarixində konstitusiyanın rolu  mövzusunda konfrans keçirilib


RƏYLƏR


Top news