Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Ronaldunu mən yetişdirmişəm"

"Ronaldunu mən yetişdirmişəm"

Tarix: 11 Noyabr 2015 20:57

"Mançester Yunayted"in eks kapitanı Roy Kin "manikunianlar"ın heyətində birgə çıxış etdiyi Ronaldu haqqında danışıb.

Goal.az xəbər verir ki, Kin portuqal ulduzun futbolçu kimi yetişməsini öz adı ilə bağlayaraq zarafat edib.

"Bəli, Ronaldunu mən yetişdirmişəm. Ancaq mənim sayəmdə indi olduğu yerdədir. Əlbəttə, hər oyunçu fərqli münasibəti tələb edir. Bəzilərinin üstünə qışqırmaq lazımdır, bəzilərinə yox. Amma Ronaldunun üstünə nadir hallarda qışqırırdım" - irland mütəxəssis bildirib.

Qeyd edək ki, ötən həftə "Sport" jurnalına açıqlamasında Ronaldu "Yunayted"də çıxış edərkən Kinin ona ötürmə ilə oynaması üçün qışqırdığını söyləmişdi. "Amma bu yaxşı idi. Günün sonunda sevinirdim. Çünki Roydan çox şey öyrənirdim" - Kriştianu əlavə etmişdi.

Milli.Az


Teqlər:  Ronaldunu mən yetişdirmişəm



RƏYLƏR


Top xəbərlər