Ermənistan nüvə raketlərinin hədəfinə çevrilir

Ermənistan nüvə raketlərinin hədəfinə çevrilir
21:01 11 Noyabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putinin ölkəsinin Qərbin strateji nüvə potensialını artırmasına layiqli cavab verəcəyi barədə səsləndirdiyi bəyanat Ermənistanda ciddi qorxuya səbəb olub.

ANS PRESS-in məlumatına görə, erməni politoloqlar Rusiya liderinin Qərbə cavab zərbələrinin Ermənistan ərazisindən həyata keçirəcəyindən, bununla da ölkənin Qarbin nüvə raketlərinin hədəfinə çevriləcəyindən ehtiyat edirlər. Putinin Ermənistanla regional raket əleyhinə müdafiə sistemi yaratması barədə müqavilə bağlamaq üçün sərəncam verməsi bu qorxunu bir qədər də gücləndirib.


Vladimir Putin - Rusiya prezidenti

Rusiyanın hərbi-sənaye kompleksinin vəziyyəti barədə keçirilən iclasda çıxış edən Vladimir Putin ölkəsinin cavab addımlarının hücum xarakterli olacağını bildirib: "Rusiya strateji nüvə güclərinin potensialının artırılması üzrə cavab addımları atacaq. İlkin mərhələdə biz istənilən raket əleyhinə sistemləri yara biləcək zərbə sistemlərinin üzərində işləyəcəyik".

Erməni mətbuatı Qərbin Türkiyə və İsraildə yerləşdirilmiş raket əleyhinə müdafiə sistemləri olduğunu, Gürcüstanın da bu sistemlərin yerləşdirilməsi ilə bağlı Fransa ilə danışıqlar apardığını da xatırladaraq, Ermənistanın müxtəlif istiqamətlərdən hədəfə çevrilə biləcəyini vurğulayır. Erməni politoloq Stepan Qriqoryan hesab edir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri də məhz bununla bağlı olub. Onun fikrincə, Lavrov Ermənistandakı Rusiya hərbi bazasının Suriyaya zərbələr vurmaq üçün əsas bazaya çevrilməsinə razılıq almaq üçün gəlib.


Rusiyanın yeni raketləri

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə tam əksinə olaraq bunu Moskvanın Ermənistana yeni hərbi dəstəyi kimi dəyərləndirir. “Rusiya əvvəlcə Ermənistana 200 milyon dollarlıq hərbi yardım elədi. İndi isə raket əleyhinə sistemlərlə yardım edir”,- deyə Elxan Şahinoğlu ANS PRESS-ə bildirib.

Polotoloqun fikrincə, Ermənistan raketlərdən Qarabağ münaqişəsinin hərbi yolla həlli zamanı da istifadə edə bilər: “Düzdür, bağlanan sazişlər yalnız Ermənistan ərazisinə aiddir. Amma münaqişə vaxtı ermənilər Rusiyanı bu münaqişəyə cəlb etmək üçün istənilən təxribata əl ata bilərlər”.


Elxan Şahinoğlu - Atlas Araşdırmalar Mərkəzinin rəhbəri

Göründüyü kimi, erməni mətbuatının qara-küyünə baxmayaraq, Putinin dünənki sərəncamı hadisələri Azərbaycan üçün arzuolunmaz istiqamətdə inkişaf etdirir və rəsmi Bakı bu dəyişikliyi neytrallaşdırmaq üçün müvafiq addımlar atmalıdır. Elxan Şahinoğlu həm ölkə rəhbərliyinin bu istiqamətdə addımlarını qənaət bəxş sayır: “Müdafiə nazirin cəbhə xəttini gəzməsini, həmçinin hərbi-hava qüvvələrinin bu günkü təlimini cavab addımı saymaq olar. Azərbaycan cəbhə xəttində təzyiqini artırmalıdır”.

Həmçinin, Azərbaycan öz hərbi gücünü artırmaqda davam etdirməlidir. Ermənistanla qonşuluğun son 100 illik tarixi göstərir ki, erməni terror qruplaşmaları lazımi cavab almadıqca işğal niyyətlərindən əl çəkmək istəmirlər. Erməniləri yerlərində yalnız layiqli hərbi cavabla oturtmaq mümkündür.

İrandan Azərbaycana ərazi iddiası

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR