Tbilisidə azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Tbilisidə azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
21:13 11 Noyabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 11 noyabr, AZƏRTAC
Tbilisidəki TBC incəsənət qalereyasında Azərbaycanın əməkdar rəssamı Əliyar Əlimirzəyevin rəsm əsərlərindən ibarət “Quşlar üçün viza” adlı sərgi açılıb.
Sərgidə rəssamın qrafik işləri ilə yanaşı, heykəltəraşlıq nümunələri də təqdim olunur.
TBC qalereyasının direktoru xanım Ketevan Qorcaxe AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib: “Tanınmış azərbaycanlı rəssamın əsərləri xüsusi diqqət cəlb edir. Rəssamın əsərlərində qeyri-adi elementlər, məsələn, velosiped təkərindən hazırlanmış əcaib formalar heykəllərə orijinallıq bəxş edir. Qadın obrazlarından hazırlanmış heykəllər xüsusilə diqqətəlayiqdir. Ə.Əlimirzəyevin işlərinə baxanda insan fantaziyasının tükənməzliyinə bir daha əmin olursan. Biz bunları nəzərə alaraq onun əsərlərinin sərgisini təşkil etdik”.
Əliyar Əlimirzəyev sərgidə 15 rəsm və 2 heykəltəraşlıq əsərinin nümayiş olunduğunu bildirib. O, sərginin təşkilinə görə Bakının “Qız Qalası” qalereyasının və TBC qalereyasının rəhbərliyinə minnətdarlıq edib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və humanitar məsələləri üzrə müşaviri Samirə Ağayeva, bu ölkənin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tbiliside_azerbaycanli_ressamin_ferdi_sergisi_achilib-901199

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR