Konstitusiya Gününə həsr olunan stolüstü tennis birinciliyinə yekun vurulub

21:13 11 Noyabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə Konstitusiya Gününə həsr olunan stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub.
ASTF-dən AZƏRTAC-a bildiriblər ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən turnirdə 2004-cü il təvəllüdlü və daha aşağı yaşlı oğlanlar və qızlar mübarizə aparıblar.
Yarışda Qaradağ Rayon Uşaq-Gənclər İdman Məktəbi, “Lokomotiv” İdman Sağlamlıq Mərkəzi, “Neftçi” idman klubu, Bakı Tennis Məktəbi, eləcə də Sumqayıt, Şabran, Şirvan və Şəkini təmsil edən 50–dən artıq idmançı mübarizə aparıb.
Turnirin bağlanış mərasimində çıxış edən Federasiyanın vitse–prezidenti Fazil Məmmədov dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın sürətli inkişafından danışıb. O, Azərbaycanda idmanın digər növləri ilə yanaşı, stolüstü tennisin də inkişaf etdiyini, bu sahəyə marağın artmaqda olduğunu diqqətə çatdırıb.
Beynəlxalq stolüstü tennis qaydalarına uyğun şəxsi formatda keçirilən birinciliyin 2004-cü il təvəllüdlü idmançılar arasında yarışında Emin Məmmədov, Kənan Pənahov (hər ikisi Bakı Tennis Məktəbi) və İlqar Əhmədov (Neftçi) müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
Daha aşağı yaşlı idmançıların mübarizəsində isə Zemfira Mikayılova (Neftçi), Ləman Abdulhəmidova (Şəki UGİM) və Aytac Qasımova (Qaradağ UGİM) fəxri kürsüdə yer alıblar.
Sonda qalib idmançılara və onların məşqçilərinə diplom, kubok və mükafatlar təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Konstitusiya_Gunune_hesr_olunan_stolustu_tennis_birinciliyine_yekun_vurulub-901198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR