Avropa-Qafqaz-Asiya dəhlizinin Azərbaycan hissəsində 39 milyon tondan çox yük daşınıb

Avropa-Qafqaz-Asiya dəhlizinin Azərbaycan hissəsində 39 milyon tondan çox yük daşınıb
21:28 11 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Cari ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 39,3 milyon ton, yük dövriyyəsi isə 8313,1 milyon ton-km olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, yüklərin 22,86 milyon tonu və ya 58,2 faizi avtomobil nəqliyyatı, 11,70 milyon tonu və ya 29,8 faizi dəmiryol nəqliyyatı, 4,72 milyon tonu və ya 12,0 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 9,3 faiz azalıb. Bunun əsas səbəbi dəmiryol və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 21,3 və 30,8 faiz) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5,8 faiz artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 18,3 faizini və ya 7,2 milyon tonunu tranzit yüklər təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında dəhliz vasitəsilə 247,5 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 5003,7 milyon sərnişin-km olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması və sərnişin dövriyyəsi 7,8 faiz artıb. Sərnişin daşınmasındakı artım avtomobil nəqliyyatı ilə daşımalar hesabına baş verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2455255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR