Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Növbəti "casus qalmaqalı"

Növbəti "casus qalmaqalı"

Date: 11 November 2015 21:37

Parisdə növbəti "casus qalmaqalı" baş qaldırır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Le Monde" qəzeti yazıb.
 
Məlumata əsasən, Almaniya xüsusi xidmət orqanları Fransa xarici işlər naziri Loran Fabius və prezident administrasiyasının yüksək vəzifəli şəxslərinin telefon danışıqlarını dinləyib.
 
"Əgər doğrudan da belədirsə, bu çox təəssüfedici haldır. Biz bu məsələni Almaniya nümayəndələri ilə müzakirə edəcəyik", deyə L.Fabius bildirib.
 
Qeyd edək ki, bu ilin iyununda ABŞ Milli Təhlükəsizliyi Agentliyi tərəfindən 2006-2012-ci illərdə Fransa prezidentləri Jak Şirak, Nikolya Sarkozi və Fransua Ollandın telefonlarının dinlənilməsi  məlum olmuşdu.

Milli.Az


Tags:  Növbəti casus qalmaqalı

RƏYLƏR


Top news