Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Çempionlar Liqasında Azərbaycan derbisi

Çempionlar Liqasında Azərbaycan derbisi

Date: 11 November 2015 21:39

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilir.

 

Apasport.az saytının məlumatına görə, II tur Azərbaycan klubları üçün əlamətdar olub.

 

Belə ki, Çempionlar Liqasının A qrupunda yer alan iki Bakı klubu - “Lokomotiv”lə “Azərreyl” bir-birini sınağa çəkib. Qarşılaşmadan öncə Bülənt Karslıoğlunun yetirmələri bir qədər şanslı görünsələr də, görüş tam fərqli nəticə ilə yekunlaşıb. Azərbaycan derbisində  “Lokomotiv” rəqibinə 1 xal belə güzəştə getməyib. Oyun da elə onların hücumları ilə başlayıb. İlk hissədə rəqibinə çətin anlar yaşadan komanda 11 top fərqi ilə qalib gəlib. İkinci setdə isə gözlənilmədən matçın axarı dəyişib. Birinci texniki fasiləyə 2, ikinci texniki fasiləyə 8 top irəlidə çıxan “Lokomotiv” “Azərreyl”in hücumları qarşısında aciz qalıb və 21:25 hesabı ilə uduzub. Lakin Fransua Salvaqininin yetirmələri ruhdan düşməyib. Yalnız legionerləri meydana buraxan “Lokomotiv” növbəti 2 hissədə də özünü yaxşı tərəfdən göstərərək, matçın hesabını müəyyənləşdiriblər – 3:1.

 

Bu “Lokomotiv”in rəsmi oyunlarda ilk qələbəsi olub. Lakin buna baxmayaraq, “Azərreyl” set fərqində hələlik rəqibini qabaqlayır. Qeyd edək ki, qrupumuzun digər matçında “Ştutqart” (Almaniya) “Dinamo”nu (Kazan, Rusiya) sınağa çəkəcək.

 

Çempionlar Liqası

Qrup mərhələsi

II tur

11 oktyabr

A qrupu

 

“Lokomotiv” (Azərbaycan) – “Azərreyl” (Azərbaycan) - 3:1 (25:14; 21:25; 25:21; 25:21)


Tags:  Çempionlar Liqasında Azərbaycan derbisi

RƏYLƏR


Top news